Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"İgidliyə görə" medalı ilə təltif edilmiş şəhid Mahir Abdullayevin nümunəvi döyüş yolu

0

  •       Abdullayev Mahir Tanrıverən oğlu 1971-ci il yanvar ayının 19-da Xankəndi rayonunun Kosalar kəndində anadan olmuş, 1992-ci il may ayının 8-də Kosalar uğrunda gedən döyüşdə ağır yaralanaraq, may ayının 16-da Bakı şəhər hospitalında əbədiyyətə qovuşmuşdur.       Mahir 1978-ci ildə Kosalar kənd orta məktəbinin I sinfinə getmişdir. 1988-ci ildə həmin məktəbi bitirmişdir. O, dərslərini yaxşı oxuması və Vətənə məhəbbəti ilə fərqlənirdi.        Mahir 1990-cı ildə ordu sıralarına qulluğa yola düşür. 1991-ci ildə hərbi xidməti başa vurduqdan sonra doğma Kosalar kəndinə qayıtmışdı. Mahir yoldaşları arasında qoçaqlığı və qorxmazlığı ilə fərqlənirdi. O, yaxşı bilirdi ki, Vətən dardadı, kəndin müdafiəsi üçün Mahir kimi igid oğullar gərəkdi. O, Azərbaycan kəndlərinin müdafiəsində yaxından işdirak etmişdir. Dəfələrlə Kosalar kəndinə mənfur düşmənin hücumu zamanı Mahir igidliklə döyüşərdi. Silah çatışmamazlığı ucbatından o bəzən ov tüfəngi ilə postda durardı. 1992-ci il yanvar ayının 25-də ermənilər “İsti su” postuna hücum edəndə Mahir 3 nəfər silahdaşları ilə “Şahin çalan” deyilən yüksəklikdə düşmənin arxasına keçərək onlara ağır zərbə vururlar. Bu hücuma tab gətirməyən quldurlar 3 nəfər itki verərək geri çəkilirlər. Mahir 1992-ci ilin yanvar ayının 16-dan 19-na kimi “Çobandaşaşıranda”, 27-də “Topxanada”, 29 mart 1992-ci ildə isə Ağdaş döyüşlərində xüsusi igidlik göstərmiş, xeyli erməni quldurunu məhv etmişdir.      Mahirin son döyüşü 8 may 1992-ci ildə olmuşdu. Bu hücumda misilsiz qəhrəmanlıq göstərərək düşmənin layiqli cavabını vermişdir. Düşmənlər Canhəsən kəndini və 4 postumuzu mühasirəyə alanda Mahir öz yoldaşları ilə birlik də “İstisu” posdundan hücuma keçir. Ağır döyüşlərin birində Mahir 4 erməni quldurunu məhv edir. Lakin özü də boğaz nahiyəsindən ağır yaralanır. Onu Laçına, oradan isə Bakıya hospitala aparırlar. Həyata qaytarmaq mümkün olmur. Mahir may ayının 16-da şəhidlik zirvəsinə yüksəlir. Arzusu gözündə qalır.        Bakıda, Şəhidlər Xiyabanında dəfn edilmişdir.        Subay idi.      Abdullayev Mahir Azərbaycan Respublikasının Pirezidenti Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli fərmanı “İgidliyə görə” medalı ilə (ölümündən sonra) təltif olunmuşdur.       Ruhu şad olsun. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib45 dəfə
    "İgidliyə görə" medalı ilə təltif edilmiş şəhid Mahir Abdullayevin nümunəvi döyüş yolu

    Maraqlı gələ bilər